Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-08-2026 , 00:33

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İsmayıllı rayonunda  “İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal” adlı  tədbir keçirilib

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycan  Respublikasında  2026-cı ilin  Şəhərsalma və Memarlıq  İli”  elan  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  22 dekabr  2025-ci  il  tarixli  Sərəncamının  icrası məqsədilə “İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya  uzanan  müqəddəs  amal”  adlı  tədbir  keçirilib.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələrinin və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  birgə  təşkilatçılığı  ilə  reallaşıb.

 Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin  şəhər  və  kənd  filiallarının  əməkdaşları  iştirak  ediblər.

Tədbir iştirakçıları ilk öncə  İsmayıllı rayonu ərazisində  yerləşən tarix və mədəniyyət  abidələrinin foto şərgisi və “Şəhərsalma və Memarlıq İli”nə  həsr  olunmuş  kitab sərgisi  ilə  tanış  olublar.      

Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki,  Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunması, gələcək nəsillərə çatdırılması və təbliği hər bir vətəndaşın, xüsusilə də ziyalıların qarşısında duran mühüm və müqəddəs vəzifələrdəndir. Ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan tarix və mədəniyyət abidələri xalqımızın çoxəsrlik tarixinin, milli-mənəvi dəyərlərinin və memarlıq ənənələrinin canlı nümunələridir. Bu abidələrin mühafizəsi ilə yanaşı, onların tədqiqi, tanıdılması  və  ictimaiyyət  arasında  təbliği  də  mühüm  əhəmiyyət  daşıyır.

Çıxışlarda qeyd olunub ki, kitabxanalar da milli-mədəni irsin təbliğində mühüm rol oynayan mədəniyyət  ocaqlarıdır. Tarix  və mədəniyyət abidələri haqqında məlumatların, elmi və tarixi ədəbiyyatın kitabxanalarda toplanması, qorunması və oxuculara təqdim olunması irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu baxımdan abidədən kitabxanaya uzanan yol, əslində, tarixi yaddaşın qorunmasından onun  bilik  və  maarif  vasitəsilə  yaşadılmasına  aparan  mənəvi  bir  körpüdür.

Natiqlər “Şəhərsalma və Memarlıq İli”nin  ölkəmizin  şəhər və yaşayış məntəqələrinin  tarixi-memarlıq  simasının  qorunması,  müasir şəhərsalma prinsipləri ilə  milli memarlıq ənənələrinin vəhdətinin təmin edilməsi, eləcə də mədəni irsə diqqətin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. İsmayıllı  rayonunun  ərazisində  yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və  tanıdılması  istiqamətində həyata keçirilən tədbirlərin də bu məqsədlərə xidmət etdiyi  diqqətə  çatdırılıb.

Tədbirin əsas məqsədi İsmayıllı rayonunda yerləşən tarix və mədəniyyət abidələrinin tanıdılması və təbliği, onların qorunmasının əhəmiyyəti barədə ictimaiyyətin, xüsusilə gənc nəslin məlumatlandırılması, milli-mədəni irsə hörmət və məsuliyyət hissinin gücləndirilməsi, həmçinin kitabxanaların tarixi-mədəni irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasındakı rolunun diqqətə çatdırılması olub. Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində milli memarlıq irsinin qorunması, tarix və müasirliyin vəhdətinin təbliği, ziyalıların və mədəniyyət müəssisələrinin bu istiqamətdə birgə fəaliyyətinin təşviqi tədbirin əsas məqsədlərindən biri kimi qeyd edilib.

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
665

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
747

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
716

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
953